Sabiq "qalatasaray"lı prodüser oldu

sabiq-qalatasarayli-produser-oldu
Oxunma sayı: 840

"Qalatasaray"ın keçmiş qapıçısı Fərid Mondraqon özünə yeni peşə tapıb. “Qafqazinfo” xəbər verir ki, 44 yaşlı veteran futbolçu bir televiziyada prodüser vəzifəsini icra edəcək.

Ölkəsinin "Win Sport" telekanalı ilə razılığa gələn Mondraqon "La 22 de Faryd" adlı verilişi hazırlayıb. Kolumbiya millisinin keçmiş üzvü burada bir çox ulduz futbolçuların açıqlamasını sənədli film janrında yayımlayacaq.

Qeyd edək ki, Fərid Mondraqon Dünya çempionatında çıxış edən ən yaşlı futbolçudur.