Sabiq qapıçı prezidentliyə namizəd oldu

sabiq-qapici-prezidentliye-namized-oldu
Oxunma sayı: 2687

Paraqvay milli komandasının sabiq qapıçısı Xose Luis Çilavert ölkə prezidentliyinə namizədliyini irəli sürüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sabiq çərçivə qoruyucusu Tvitter hesabında paylaşım edib: 

“Ölkəm üçün daha çox şey etmək istəyirəm. Xalqımızın yenidən yaxşı yaşaması naminə bu addımı atmağa qərar verdim”. 

Qeyd edək ki, Paraqvayda prezident seçkiləri 2023-cü ildə keçiriləcək.