Sabiq “qarabağ”lı baş məşqçi oldu

sabiq-qarabagli-bas-mesqci-oldu
Oxunma sayı: 1166

"Qarabağ"ın sabiq koordinatoru Səbahəttin Təkin özünə yeni iş yeri tapıb. "Qafqazinfo" xəbər verir ki, o, baş məşqçi kimi fəaliyyət göstərəcək.

"Bakı"nın sabiq çalışdırıcısı Bülənt Qorxmazın köməkçisi olan mütəxəssis Türkiyədə çalışacaq. 42 yaşlı çalışdırıcı Türkiyə III liqasında mübarizə aparan "Erbaaspor" komandası ilə anlaşıb. Tərəflər arasında bu gün 1 illik rəsmi müqavilə imzalanıb.

Qeyd edək ki, Səbahəttin Təkinin son iş yeri Türkiyə Superliqasında mübarizə aparan "Mersin İdman Yurdu" komandası olub. O, Mersin təsmilçisinə Bülənt Qorxmazın köməkçisi vəzifəsində çalışıb.