Sabiq rəhbərlər Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzvü olub

sabiq-rehberler-nizami-gencevi-beynelxalq-merkezine-uzvu-olub
Oxunma sayı: 675


Diasporla iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 2013 və 2014-cü illərdə keçirilmiş Qlobal Açıq Cəmiyyətlər Forumunun əhəmiyyəti, Mərkəzlə Bolqarıstan arasında mövcud əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib. Jelyu Jelev və  Georgi Pırvanov bu əməkdaşlığı genişləndirmək məqsədilə Mərkəzə üzvlük dəvətini məmnuniyyətlə qəbul ediblər.

Yunanıstanın nüfuzlu dövlət və siyasi xadimi, 2009-2011-ci illərdə hökumətə rəhbərlik etmiş Georgios Papandreu da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olub. Bu barədə razılıq Rövşən Muradovun tanınmış siyasətçi ilə Afinada keçirdiyi görüşdə əldə olunub.