S. Rüstəmxanlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Ə. Tağızadə qurultayda DAK-ın İdarə Heyəti üzvlüyündən çıxıb: “Onun bundan sonra DAK haqqında dediyi fikirlər ancaq birtərəfli və qərəzli olacaq. Əvvəllər DAK-ın onun üçün müqəddəs və böyük təşkilat olduğunu deyirdi. İndi isə, ayrı fikirlər deyir. Bu, qeyri-ciddi məsələdir. Əgər lazım olsa, qurumun Mətbuat Şurası ona cavab verər”.
Qeyd edək ki, Ə. Tağızadə “Yeni Müsavat” qəzetinə müsahibəsində DAK-ın sonuncu qurultayı ilə bağlı bir sıra ittihamlar səsləndirib. O qeyd edib ki, Sabir Rüstəmxanlı DAK-ı Azərbaycan Respublikasına köçürdü və burda dəfn elədilər: “DAK faktiki olaraq Güneyin problemlərindən uzaq, ölü bir quruma çevrilib. Hər kəsə bəllidir ki, Sabir Rüstəmxanlı əslində DAK-ın həmsədri olsa da, qurumun siyasətini tək müəyyən edir. Onun ətrafında cəmi 3 güneyli var. Qalan hamısı Güney məsələsindən xəbərsiz, bu məsələdə heç bir xidməti olmayan Quzeydən olan təsadüfi şəxslərdir. Onların vasitəsilə Sabir Rüstəmxanlı özünü dördüncü dəfədir həmsədr seçdirir".
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər