Sabirabad oyanır

sabirabad-oyanir
Oxunma sayı: 647

Onun sözlərinə görə, "sel qaçqınları" əllərinə İlham Əliyevin portretlərini götürüblər və üzlərini ona tutaraq ötən il Kürün daşmasından əziyyət çəkən kəndlərə ayrılmış vəsaiti mənimsəyənlərə qarşı tədbirlər görülməsini tələb edirlər.

Əməkdaşımıza bildirilib ki, təkcə Əsgərbəyli camaatının evlərinin bərpa olunmasına 10 milyon manat vəsait ayrılıb. Bu vəsaitin 3 milyona yaxını zərərçəkən insanlara paylansa da, yerdə qalan 7 milyondan xəbər-ətər yoxdur. Camaat əminlik dərəcəsində şübhəlidir ki, həmin pullar əlaqədar məmurlar tərəfindən mənimsənilib.

E.Salamoğlunun verdiyi xəbərə görə, hadisə yerinə polislər gəlib, ancaq onlar camaatın keçirdiyi etiraz aksiyasına hələlik müdaxilə etmirlər. Bundan başqa, Sabirabad rayon İcra Hakimiyyəti başçısının müavini Heydər Yaqubov da etiraz edənlərin yanına gəlib və onları dilə tutur ki, aksiyanı dayandırsınlar, onların evləri təmir olunacaq, problemləri həll ediləcək.

Camaat isə boş vədlərə inanmadığını bildirir, ayrılmış pulların necə və nəyə xərclənməsi barədə haqq-hesab tələb edir.


musavat.com