Sabirabad sakinini “tok” vurdu

sabirabad-sakinini-tok-vurdu
Oxunma sayı: 886

Sabirabad sakinini elektrik cərəyanı vurub.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qruzma kəndində qeydə alınıb.

Sabirabad rayonu, Ulucalı kənd sakini, 1984-cü il təvəllüdlü Sadıqov Emin Cəfər oğlunu elektrik dirəyində iş görərkən cərəyan vurub öldürüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.