Sabirabadda 3 otaqlı ev yanıb

sabirabadda-3-otaqli-ev-yanib
Oxunma sayı: 870

Sabirabadda yanğın hadisəsi qeydə alınıb.

“Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, rayonun Yaxa Dəllək kəndində ümumi sahəsi 56 kv.m olan kürsülü, birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı və ev əşyaları 16 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.