Sabirabadda 30 yaşlı qadın dəm qazından öldü

sabirabadda-30-yasli-qadin-dem-qazindan-oldu
Oxunma sayı: 2300

Sabirabadda qadın dəm qazından zəhərlənərək ölüb.

"Qafqazinfo"nun məlumatına görə, hadisə dünən rayonun Şıxsalahlı kəndində qeydə alınıb.

Belə ki, Şıxsalahlı kənd sakini 1990-cı il təvəllüdlü Xəlilova Könül Vahid qızı yaşadığı evin hamam otağında çimərkən dəm qazından zəhərlənib.

K.Xəlilova xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli