Sabirabadda ağır qəza - Bacı-qardaş öldü

sabirabadda-agir-qeza
Oxunma sayı: 5761

Sabirabadda ölümlə nəticələn yol qəzası baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, qəza rayonun Qalağayın kəndi ərazisində qeydə alınıb.

1995-ci il təvəllüdlü Usubov Vüqar Qismət oğlunun idarə etdiyi “BMW” markalı avtomobil yoldan çıxaraq aşıb. Sürücü və onun bacısı Sabirabad rayonu Nərimankənd kənd sakini, 1997-ci il təvəllüdlü Usubova Nuridə Qismət qızı ölüblər. 

Onların qardaşı 2003-cü il təvəllüdlü Usubov Əmirağa Qismət oğlu və 2001-ci il təvəllüdlü Məmmədov Nicat İlkin oğlu isə xəsarət alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.