Sabirabadda ağır qəza

sabirabadda-agir-qeza
Oxunma sayı: 2496

Dünən Sabirabad rayonunun Həşimxanlı kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, rayonun Ətcələr kənd sakini Ə.Ağayev idarə etdiyi “QAZ-31105” markalı avtomobili yolun kənarındakı kanala aşırıb.

Nəticədə, sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.