Sabirabadda ağır qəza, yaralılar var - Fotolar

sabirabadda-agir-qeza-yaralilar-var
Oxunma sayı: 2916

Sabirabadda minik avtomobili mikroavtobusla toqquşub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Qarağac kəndində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı mikroavtobus yol kənarında dayanan zaman sürətlə hərəkət edən “BMW” markalı minik avtomobili ona çırpılıb.

Qəza zamanı 3 nəfər Sabirabad rayon sakinləri - 1968-ci il təvəllüdlü Məmmədov Pərvər Sabir oğlu, 1983-cü il təvəllüdlü Abbasov Vasif Ələsgər oğlu və 1956-cı il təvəllüdlü Bayramova Əsmayə Xanbala qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli