Sabirabadda avtomobil piyadanı vurub öldürdü

sabirabadda-avtomobil-piyadani-vurub-oldurdu
Oxunma sayı: 1649

Sabirabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə şəhərin mərkəzində baş verib.

Belə ki, rayonun Kür kənd sakini 1983-cü il təvəllüdlü Vəliyev Müşviq Tarverdi oğlu yolu keçmək istəyərkən onu “VAZ-21015” markalı minik avtomobili vurub. O, hadisə yerinə cəlb edilən təcili tibbi yardım birqadasının köməkliyi ilə xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli