Baş Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo” ya daxil olan məlumata görə, fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib. İstintaqla Araz Fərəcovun qeyd edilən tarixdə saat 04 radələrində Sabirabad şəhəri, Ə.Kərim küçəsində aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı Abbas Fətullayevin boğaz nahiyyəsinə kəsici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsində şübhələnməyə kifayət qədər əsaslar olduğundan o, tutularaq istintaqa cəlb olunub. Araz Fərəcov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilmiş və rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər