Sabirabadda çayxana yanıb

sabirabadda-cayxana-yanib-
Oxunma sayı: 702

Sabirabad rayonu, Cavad kəndində ümumi sahəsi 100 kv.m olan çayxananın dam örtüyünün yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.

Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 14:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.