Sabirabadda ər arvadını bıçaqlayıb qaçdı

sabirabadda-er-arvadini-bicaqlayib-qacdi
Oxunma sayı: 1225

Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad şəhəri, Mikayıl Müşfiq küçəsində alınıb. Şabirabad rayon sakini, 1980-ci il təvəllüdlü Səmədova Mətanət Soltan qızı həyat yoldaşı, 1980-ci il təvəllüdlü Səmədov Nazim Nizami oğlu tərəfindən bıçaqlanıb.
 
Ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasına çatdırılan qadın dərhal əməliyyata götürülüb. Cinayəti törədən N.Səmədov hadisə yerindən qaçıb. Hazırda onun yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.
 
Məlumata görə, Nizami və Mətanət Səmədovlar 17 il əvvəl ailə qurublar, 2 övladları var.
 
Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.