Sabirabadda ev yandı, 3 nəfər xəsarət aldı

sabirabadda-ev-yandi-3-nefer-xesaret-aldi
Oxunma sayı: 892

Sabirabad rayonunun Rüstəmli kəndində yanğın hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, kənddə ümumi sahəsi 90 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. 

Yanğın zamanı 3 nəfər yanıq xəsarəti alıb. Evə bitişik talvar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.