Sabirabadda “Kamaz” aşdı, iki nəfər yaralandı

sabirabadda-kamaz-asdi-iki-nefer-yaralandi
Oxunma sayı: 1205

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sabirabad rayonunun Şəhriyar kəndində Kamaz” markalı yük avtomobilinin yol kənarına aşması barədə məlumat daxil olub. 

FHN-dən "Qafqazinfo"ya daxil olan məlumata görə, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.