Sabirabadda maşın su kanalına aşdı, iki gənc öldü

sabirabadda-masin-su-kanalina-asdi-iki-genc-oldu
Oxunma sayı: 1575

Sabirabadda minik avtomobili su kanalına aşıb.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, nazirliyinin "112" qaynar telefon xəttinə, Sabirabad rayonunun Nərimankənd kəndində "ГАЗ" markalı minik avtomobilinin su kanalına aşması barədə məlumat daxil olub. 

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Bayramov Fəyal Eldar oğlunun və sərnişini, 1989-cu il təvəllüdlü Məmmədov Cəlal Qurban oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.