Sabirabadda “Mercedes” aşıb - Ölü və yaralılar var

sabirabadda-mercedes-asib
Oxunma sayı: 1742

Sabirabadda 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, hadisə Salyan-Şirvan yolunda, Xankeçən kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində rayon sakinləri - 1984-cü il təvəllüdlü Saməddin İbrahim oğlu Fərzəliyev, 1964-cü il Xatirə Aslan qızı Əhmədova və 1968-ci il təvəllüdlü Sevda Zakir qızı Əhmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq S.Fərzəliyev xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.