Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası oldu

sabirabadda-piyadanin-olumu-ile-neticelenen-yol-qezasi-oldu
Oxunma sayı: 1147

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, 1984-cü il təvəllüdlü Elnur Xanış oğlu Mirzəyev yolu keçmək istəyərkən "VAZ-21-07" markalı minik avtomobili onu vurub. Hadisə şəhərin H.Əliyev prospektində baş verib.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan E.Mirzəyev rayon  mərkəzi xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli