Sabirabadda sərxoş sürücü bir ailənin 4 üzvünü maşınla vurdu

sabirabadda-serxos-surucu-bir-ailenin-4-uzvunu-masinla-vurdu
Oxunma sayı: 1656

Sabirabadda bir ailənin 4 üzvünü avtomobil vurub.

"Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Suqovuşan kəndində baş verib.

Belə ki, Suqovuşan kənd sakini, 1987-ci il təvəllüdlü Məmmədov Tərviz Məhərrəm oğlu sərxoş vəziyyətdə idarə etdiyi "VAZ 2106" markalı avtomobillə yol kənarı ilə gedən bir ailənin 4 üzvünü vurub.

Qəza nəticəsində Suqovuşan kənd sakinləri, 1991-ci il təvəllüdlü Ələkbərov Kənan Əli oğlu, onun həyat yoldaşı 1992-ci il təvəllüdlü Ələkbərova Aygül Bəxtiyar qızı, övladları - 2013-cü il təvəllüdlü Ələkbərli Zeynal Kənan oğlu və 2012-ci il təvəllüdlü Ələkbərli Əli Kənan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, K.Ələkbərovun vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli