Sabirabadda sürücü avtomobili işıq dirəyinə çırpdı - Ölən və yaralananlar var

sabirabadda-surucu-avtomobili-isiq-direyine-cirpdi
Oxunma sayı: 1391

İyulun 5-də saat 1 radələrində Sabirabad şəhəri ərazisində rayon sakini Rüfət Məmiyev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı işıq dirəyinə vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, nəticədə sürücü hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.