Sabirabadda təcili yardım maşını qəzaya uğradı - 5 nəfər xəsarət aldı

sabirabadda-tecili-yardim-masini-qezaya-ugradi
Oxunma sayı: 2138

Bu gün axşam saatlarında Sabirabad rayonu ərazisində hərəkətdə olan İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasının balansında olan “Mercedes” markalı nəqliyyat vasitəsi ilə “VAZ-21015” markalı nəqliyyat vasitəsi toqquşub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, hadisə nəticəsində “Mercedes” markalı nəqliyyat vasitəsində biri TTYS-nin əməkdaşı olmaqla 3 nəfər, “VAZ-21015” markalı nəqliyyat vasitəsində isə 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.