“Bazarda dedilər ki, sənə bura gəlmə dedik, niyə gəlmisən? Başladılar məni vurmağa, vurdular, vurdular, vurdular... Saqqala gələndə, dedilər çək, bu, müsəlmanın düşmənidir. Dedilər Əlinin düşmənidir, dedim Əli mənim qardaşımdır, başladılar vurmağa. Dedilər Hüseynin düşmənidir, dedim Hüseyn mənim qardaşımdır, başladılar vurmağa. Saqqalımı qırxdılar. Qılıncla gəlmişdilər. Məni vura-vura apardılar qazının yanına. Qılıncı qoydular yanıma, dedilər Allaha dua et ki, qazı sənə rəhm etsin.
Qazı dedi ki, bunu niyə buraya gətirmisiniz, saqqalını niyə qırxmısınız, siz bu işlərə qarışmamalısınız, hökumət var, bunu aparın verin polisə. Gətirib məni verdilər polisə...
Atam gələndən sonra məni buraxdılar. Mən deməmişdim ki, döyüblər, saqqalımı qırxıblar. Şikayətçi də deyildim. Onlar özləri özlərini tora saldılar. Çəkilişi “Yutub” kanalında yaydılar. Səhəri gün Sabirabad Rayon Polis Şöbəsinin rəis müavini mənə zəng etdi ki, burada səni döyüblər, niyə deməmisən, gəl bura. Getdim, məndən ərizə aldılar”.
Cavanşir Zərbəliyev deyib ki, insanlara inancına görə ayrı-seçkilik edən şəxslər cəzalandırılmalıdır: “Amma mənimlə üzbəüz olan Razi adlı şəxs polis şöbəsində əlində siqaret, təsbeh gəzirdi. Gələn onunla görüşürdü. Belə olmaz. İnsanlar öz ölkəsində fitnə-fəsad törətməməlidir. Günahkarları bu işlərdən uzaqlaşdırmaq lazımdır. İrana işləyənlərdir, nə bilim casuslardır, kimdir, gəlib müsəlmanın qeyrətinə toxunur, saqqalını qırxır. Şəxsiyyəti elə alçaltmaq olmaz. Bura Azərbaycandır, azad ölkədir, bu belə qalmaz. Bu insanlar tutulmalıdır”.
Son xəbərlər
Son Xəbərlər