Sabirabadda yol qəzası - 4 yaralı

sabirabadda-yol-qezasi
Oxunma sayı: 868

Sabirabadda baş verən avtoqəzada ikisi ağır olmaqla, 4 nəfər xəsarət alıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, saat 01.30 radələrində Sabirabad rayonunun Sarxanbəyli kəndində motosikletlə "VAZ 2107" markalı avtomobil toqquşub.

Qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri  alıb. Yaralılardan üçü Şirvan şəhər xəstəxanasına, ağır vəziyyətdə olan bir nəfər isə Salyan rayon xəstəxanasına yerləşdirilib.

Şirvan şəhər xəstəxanasına yerləşdirilən yaralılardan birinə kəllə-beyin travması diaqnozu qoyulub, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Sabirabad rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.