#SabirArt layihəsinin gənc rəssamları Şuşada etüd keçdilər - Fotolar

sabirart-layihesinin-genc-ressamlari-susada-etud-kecdiler
Oxunma sayı: 864

Milli Məclisin deputatı Kamal Cəfərovun təşəbbüsü və “PAŞA Holding”-in dəstəyi ilə keçirilən #SabirArt layihəsinin gənc rəssamları Şuşa şəhərində etüd keçiblər.

“Qafqazinfo” xəbər verir ki, etüdə YARAT Müasir İncəsənət Mərkəzinin rəssamı, Belçika Kral İncəsənət Akademiyasının məzunu Ramal Kazım rəhbərlik edib.

Milli Məclisin deputatı Kamal Cəfərov bildirib ki, Şuşada etüdün keçirilməsi ideyasının müəllifi Azərbaycan Prezidenti cənab İlham Əliyevdir. Belə ki, cənab Prezident cari ilin 2 fevral tarixində Gənclər gününün 25 illiyinə həsr edilmiş Forumda gənc rəssamları Şuşada etüd etməyə və Şuşanın gözəlliklərini təsviri sənətdə, rəngkarlıqda əks etdirməyə çağırış edib.

#SabirArt layihəsinin iştirakçıları da Azərbaycan Prezidenti İlham Əliyevinin çağırışına cavab olaraq, “Şuşa ili” çərçivəsində Şuşa şəhərində etüd keçiriblər.

Layihə çərçivəsində hazırlanan rəsm əsərlərinin cari ilin dekabr ayında sərgisinin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, layihə çərçivəsində iştirakçılara 6 ay müddətində hər həftənin 6-cı günləri “ArtEvi” incəsənət emalatxanasının rəssamı Aygün Xanalıyeva tərəfindən YAP Sabirabad rayonunun Təlim Mərkəzində dərs keçirilir. Eyni zamanda gənc rəssamlara rəngkarlıq üçün lazım olan bütün alət və avadanlıqlar layihə çərçivəsində təmin edilir.