#SabirArt layihəsinin iştirakçıları ağır atletika yarışında etüd keçiriblər

sabirart-layihesinin-istirakcilari-agir-atletika-yarisinda-etud-keciribler
Oxunma sayı: 1429

Milli Məclisin deputatı Kamal Cəfərovun təşəbbüsü və "PAŞA Holdinq"indəstəyi ilə keçirilən "AXIN" #SabirArt layihəsinin iştirakçıları  "Milli Olimpiya Komitəsinin 30 illiyi ilə əlaqədar Ağır atletika üzrə Kubok" yarışında etüd keçiriblər.

"Qafqazinfo" xəbər verir ki, #SabirArt layihəsinin rəssamları ağır atletika üzrə yarışmada iştirak edən idmançıların həyəcanını və yarış prosesini impressionizm üslubunda təsvir etmək üçün etüd ediblər.

Milli Olimpiya Komitəsinin Baş katibi Azər Əliyev də #SabirArt layihəsinin iştirakçıları ilə görüşüb və onların fəaliyyətində uğurlar arzu edib.