Sabis Sun Beynəlxalq məktəbi qapılarını geniş ictimaiyyətin üzünə açıb.
“Qafqazinfo” xəbər verir ki, məktəb tərəfindən təşkil edilən Açıq Qapı Günündə maraqlanan hər kəs Sabis Sun Beynəlxalq məktəbi haqqında informasiya əldə etmək imkanı qazanıb. Məktəbin direktoru Jacobus Gericke qonaqlara məktəbi gəzdirərək onlara detallı informasiya verib. Açıq qapı günündə Sabis Sun beynəlxalq məktəbinin şagirdləri məktəbin bütün imkanlarını nümayiş etdirdilər. Xüsusi olaraq qurulmuş səhnədə canlı musiqi ifası, incəsənət müsabiqəsi, basketbol oyunu, stolüstü tenis, şahmat, riyaziyyat, istedad müsabiqəsi və s. kimi fəaliyyətlər hər kəsin böyük marağına səbəb olub. Bu fəaliyyətlər həm də məktəbin tədrisinin ayrılmaz hissəsidir. Beynəlxalq təhsil sisteminin bir hissəsi olan “Spelling Bee” müsabiqəsi daha geniş maraq doğurub.
Qeyd edək ki, Dreamland ərazisində yerləşən SABIS SUN Beynəlxalq məktəbi 67000 kvadrat metr sahəni əhatə edir. Məktəbdə inzibati və xidmət binaları ilə yanaşı məktəbəqədər təhsil müəssisəi, ibtidai məktəb binası, açıq və qapalı idman meydançaları, aşağı və yuxarı siniflər üçün üzgüçülük hovuzları, olimpiya standartlarında futbol stadionu, eləcə də şagirdlərin dərsdən kənar səmərəli vaxt keçirmələrini təmin etmək üçün tamaşa salonu və Şagird Həyatı Təşkilatı fəaliyyət göstərir.

Son xəbərlər
Son Xəbərlər