Fevralın 20-də “Sabıs Sun” Beynəlxalq Məktəbinin şagird və müəllim heyəti Park Bulvar Ticarət Mərkəzində məktəb həyatından bir günü canlandırıblar.
“Qafqazinfo” xəbər verir ki, ticarət mərkəzinin birinci mərtəbəsində qurulmuş stenddə xüsusi məktəb ab-havası yaradılıb. “Sabıs Sun”un nümayəndələri məktəbin stendinə yaxınlaşan hər bir kəsə məktəbdəki fəaliyyətlər, tədris metodikası, təhsil sistemi haqqında məlumat verib.

Qeyd edək ki, 2015-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərən “Sabıs Sun” Beynəlxalq Məktəbi qlobal Sabis təhsil sistemini təqdim edir. ABŞ, Böyük Britaniya, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri və Rumıniyanın arasında olduğu dünyanın 16 ölkəsində 60 beynəlxalq məktəbin daxil olduğu "Sabıs" beynəlxalq təhsil sistemi nailiyyət qazanmağa tam hazır olan, hərtərəfli şəxsiyyətlər yetişdirir.
Dreamland ərazisində yerləşən beynəlxalq məktəb 67000 kvadrat metr sahəni əhatə edir. Məktəbdə inzibati və xidmət binaları ilə yanaşı məktəbəqədər təhsil müəssisəsi, ibtidai məktəb binası, açıq və qapalı idman meydançaları, aşağı və yuxarı siniflər üçün üzgüçülük hovuzları, olimpiya standartlarında futbol stadionu, eləcə də şagirdlərin dərsdən kənar səmərəli vaxt keçirmələrini təmin etmək üçün tamaşa salonu və Şagird Həyatı Təşkilatı fəaliyyət göstərir.
Son xəbərlər
Son Xəbərlər