Şabran sakinini “tok” vurdu

sabran-sakinini-tok-vurdu
Oxunma sayı: 976


“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, Şabran rayonu, Çuxurzəmi kənd sakini, 1973-cü il təvəllüdlü Babayev Fərman Əliağa oğlunu elektrik cərəyanı vurub.

Elektrik dirəyində yerə yığılan F. Babayev müxtəlif dərəcəli sınıq xəsarətləri də alıb. O, Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.