“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, Bərdə rayonu, Qaradəmirçi kəndində vətandaşa məxsus həyətyanı sahəyə yığılmış 12,5 ton ot bağlamasının 3,5 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 17:49–də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Şabran rayonu, Dəvəçikənd kəndində vətandaşa məxsus ümumi sahəsi 35 kv.m olan dəmir konstruksiyalardan ibarət vaqonun içərisinə yığılmış təsərrüfat malları və taxta taralar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 20:45–də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər