Şabranda 46 yaşlı kişi dəm qazından öldü

sabranda-46-yasli-kisi-dem-qazindan-oldu
Oxunma sayı: 1022

Şabranda 46 yaşlı kişi dəm qazından boğulub.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Ağbaş kəndində baş verib.

Belə ki, kənd sakini, 1974-cü il təvəllüdlü Quliyev Müşviq Xanverdi oğlu yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Cəlal Fərzəliyev