Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şabran rayonunun Əmirxanlı kəndi yaxınlığında açıq sahədə yanğın olması barədə məlumat daxil olub.
"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib. İlkin məlumata görə, 7 ha sahədə quru ot və kol-kos yanır.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
***
Şabran rayonunda Xaltan qəbirstanlığı adlanan ərazidə 3 ha sahədə və Meşə Təsərrüfatı İdarəsinə məxsus dağlıq ərazidə 5 ha sahədə quru ot və kol-kos yanıb.
Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər