Şabranın Hacıqaraqaşlı kəndində "Kia Cerato" markalı avtomobil yoldan çıxaraq aşıb.
"Qafqazinfo" xəbər verir ki, qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Dünyasını dəyişənlər Zəkiyev Vüsal və Babayev Elnurdur. Xəsarət alan şəxslərin isə Zəkiyev İsmayıl, Babayev Cəlal, Şahverdiyev Bəxtiyar və Əzməmmədov Ramin olduğu bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Emin Gülağaoğlu
Son xəbərlər
Son Xəbərlər