Şabranda ana və oğlunu güllələyən şəxs saxlanıldı

sabranda-ana-ve-oglunu-gulleleyen-sexs-saxlanildi
Oxunma sayı: 6025

Ötən gün Şabranın Zeyvə kəndində ana və oğlunu ov tüfəngi ilə güllələyərək öldürən şəxs saxlanılıb. 

"Qafqazinfo" xəbər verir ki, qətli törətdikdən sonra hadisə yerindən qaçan 1986-cı il təvəllüdlü  İslamov Nahid Eynulla oğlu gecə saatlarında hüquq mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. 

Qeyd edək ki, hadisə zamanı N.Islamov həmkəndliləri 1963-cü il təvəllüdlü Mahmudova İstək Əlyar qızı və onun oğlu 1983-cü il təvəllüdlü Məmmədov Məhəbbət Elman oğlunu ov tüfəngi ilə güllələyərək qətlə yetirib. 

Faktla bağlı Şabran rayon prokurorluğunda cinayət işi açılıb, istintaq  davam etdirilir. 

Emin Gülağaoğlu