Şabranda divar uşaqların üstünə aşdı, biri öldü, ikisi yaralandı

sabranda-divar-usaqlarin-ustune-asdi-biri-oldu-ikisi-yaralandi
Oxunma sayı: 2157

Şabranda divar məhəllədə oynayan uşaqların üstünə aşıb.

"Qafqazinfo" xəbər verir ki, bədbəxt hadisə, Şabran şəhəri, M. Əsədov küçəsində qeydə alınıb.

Məhəllədə yaşayış olmayan evin yanında oynayan uşaqların üstünə divar aşması nəticəsində, 2011-ci il təvəllüdlü Fəqan Ruslan oğlu Məmmədov hadisə yerində ölüb, 2011-ci il təvəllüdlü Pənah Zaur oğlu Məmmədov və 2007-ci il təvəllüdlü İlkin Mahir oğlu Quliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alan uşaqlara Şabran Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Emin Gülağaoğlu