Şabran rayonunda yanğın hadisəsi qeydə alınıb.
“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, rayonun Uzunboyad kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 15:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər