Şabranda karantin rejimini pozan çayxana aşkarlandı - Foto

sabranda-karantin-rejimini-pozan-cayxana-askarlandi
Oxunma sayı: 1474

Şabran rayonunda karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana aşkarlanıb. 

DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, qanunvericiliyə uyğun olaraq obyektin sahibi S.Babayev və orada olan yeddi müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokollar tərtib edilib və onların hər biri 200 manat miqdarında cərimə olunublar.