Şabranda maşın ağaca çırpıldı, ölənlər var

sabranda-masin-agaca-cirpildi-olenler-var
Oxunma sayı: 2380

Şabran rayonunun Aygünlü kəndində “Mercedes” markalı minik avtomobili ağaca çırpılıb. 

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Onların şəxsiyyətləri dəqiqləşdirilir.