“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Şabran rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarışları nəticəsində 1985-ci il təvəllüdülü Şabran rayonu, Dəvəçi kənd sakini Xalıqov Hicran Rəcəb oğlu tutulub. Onun üzərinə üzərində baxış zamanı 1 kibrit qutusunda ümumi çəkisisi 6.3 qram qurudulmuş marixuana aşkar olunub.
İstintaqa ilkin ifadəsində o, narkotik vasitənin şəxsi istifadəsi üçün aldığını etiraf edib.
Qeyd edək ki, Hicran Xalıqov 2011-ci ildə narkotik vasitələrinin satışı maddəsi ilə məhkum olunub və 2013-cü ildə azadlığa çıxıb.
Aparılmış əməliyyat axtarış tədbirləri nəticəsində H. Xalıqova narkotik vasitəni satan şəxsin 1979-cu il təvəllüdlü Xaçmaz rayonu, Xudat şəhər sakini Ulutozerlər Nəcməddin İsmayıl oğlu olduğu müəyyənləşib. Onun üzərində baxış keçirilərkən 6 ədəd kibrit qutusunda ümumi çəkisi 29.18 qram qurudulmuş marixuana aşkarlanıb.
Hər iki faktla bağlı AR CM 234.1 və 234.2 maddələri ilə cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər