Şabranda üç otaqlı ev yandı

sabranda-uc-otaqli-ev-yandi
Oxunma sayı: 748

Şabran rayonu, Pirəbədil kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli, 3 otaq və aynabənddən ibarət evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 82 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, evin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.

Yanğın saat 16:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.