Şabranda yanacaqdaşıyan maşın aşdı - Video

sabranda-yanacaqdasiyan-masin-asdi
Oxunma sayı: 1790

Gəndov-Yalama yolunun Şabranın Söhbətli kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun məlumatına görə, yanacaq daşıyan yük avtomobili hərəkətdə olarkən qarşısındakı "Kamaz" markalı yük avtomobilinə çırpılıb. "Kamaz" isə qarşıda hərəkət edən TIR markalı yük maşınına dəyib.

Qəza nəticəsində yanacaq daşıyan nəqliyyat vasitəsi aşıb, sürücüsü isə yüngül xəsarət alıb.

Emin Gülağaoğlu