Şabranda “ZİL” yandı

sabranda-zil-yandi
Oxunma sayı: 1138

Şabran rayonunun Ərəblər kəndində “ZİL” markalı yük avtomobilinin yanar hissələri, banına yığılan 3 ton ot bağlaması və ətrafında 3 ha sahədə quru ot, kol-kos yanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Digər ərazilər yanğından mühafizə olunub. Yanğın söndürülüb.