Şabrandakı yanğının söndürülməsinə hotel işçiləri də qoşuldu - Video

sabrandaki-yanginin-sondurulmesine-hotel-iscileri-de-qosuldu
Oxunma sayı: 2997

Xəbər verdiyimiz kimi, Şabran və Xaçmazda yanğınla mübarizə tədbirləri davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Aztv hadisə yerindən son məlumatları təqdim edib.

Qeyd edilib ki, Şabranda avqustun 17-də gecə saatlarında dağlıq ərazisindəki meşə sahəsində başlayan yanğın hotelə doğru istiqamət götürüb: “Lakin yanğının “Qalaaltı” hoteli üçün heç bir təhlükəsi yoxdur. Çünki hotel ilə yanğın baş verən ərazi arasında kifayət qədər məsafə var. Hotelin qonaqlarının, eləcə də yerli sakinlərin təşvişə düşməsinə ehtiyac yoxdur. Hazırda da Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi istiqamətində işlər aparılır. Eləcə də, FHN-in şəxsi heyəti ilə yanaşı, hotel işçiləri də yanğının söndürülməsində köməklik göstərirlər”, - deyə telekanalın əməkdaşı bildirib.

Xatırladaq ki, Şabran rayonunda baş vermis yanğınların söndürülməsində FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin, Şimal və Şimal-qərb regional mərkəzlərinin, Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri və xüsusi texnikası, FHN-in Aviasiya dəstəsinə məxsus “BE 200 ÇS” amfibiya təyyarəsi və 2 ədəd helikopteri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, “Azərsu” ASC-nin, yerli İcra Hakimiyyətinin müvafiq texnikaları və sakinlər cəlb olunub.