“Sabunçu bazarı”nda işləyən kafedə 8 qadın saxlanıldı - Foto

sabuncu-bazarinda-isleyen-kafede-8-qadin-saxlanildi
Oxunma sayı: 3258

Sabunçu rayonu ərazisindəki “Sabunçu bazarı”nın içərisində gizli şəkildə fəaliyyət göstərən adsız kafe aşkarlanıb. 

“Qafqazinfo” xəbər verir ki, reydlər nəticəsində 9 nəfər saxlanılıb, onlardan 8-i qadındır. 

İnzibati Xətalar Məcəlləsinin 211 və 535 maddələri ilə barələrində inzibati protokol tərtib edilib, baxılması üçün aidiyyatı üzrə Sabunçu rayon məhkəməsinə göndərilib. 

Polis şöbəsinə gətirilən 6 nəfər şəxs barəsində isə İXM-nin 211.1 –ci maddəsi ilə inzibatı protokol tərtib edilərək hər biri 200 manat cərimə olunub, ümumilikdə 1200 manatın tam şəkildə ödənilməsi təmin olunub.