Sabunçu rayon ictimaiyyəti “Ana harayı” abidəsini ziyarət etdi - Fotolar

sabuncu-rayon-ictimaiyyeti-ana-harayi-abidesini-ziyaret-etdi
Oxunma sayı: 936

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Sabunçu rayon ictimaiyyəti “Ana harayı” abidəsini ziyarət edib.

 “Qafqazinfo” xəbər verir ki, yürüşdə Sabunçu Rayonu İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədr və üzvləri, rayonun təhsil, səhiyyə, mədəniyyət, idman və xidmət sahələrinin nümayəndələri, rayonun fəal gəncləri və rayon ictimaiyyətinin digər nümayəndələrinin iştirak ediblər.

İctimaiyyət nümayəndələri tərəfindən faciə qurbanlarının əziz xatirəsi ehtiramla anılıb.