Sabunçuda “15 İyun – Milli Qurtuluş Günü” qeyd olundu

sabuncuda-15-iyun-milli-qurtulus-gunu-qeyd-olundu
Oxunma sayı: 1930

Sabunçu Rayon İcra  Hakimiyyətinin inzibati binasında “15 İyun-Milli Qurtuluş Günü” ilə əlaqədar tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyəsədrləri və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edib.

İlk olaraq tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsini dərin ehtiramla yad ediblər.

Dövlət Himni səsləndirildikdən sonra Ulu öndərin həyat və fəaliyyətdən bəhs edən videoçarx nümayiş etdirilib.

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev tədbiri açıq elan edərək "Milli Qurtuluş Günü" münasibətilə təşkil olunan ümumrayon toplantısının iştirakçılarını salamlayıb və bayram münasibətilə təbrik edib.

A.Vəliyev bildirib ki, tariximizə qızıl hərflərləyazılmış “15 İyun – Milli Qurtuluş Günü” Azərbaycanxalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ümummilli lider Heydər Əliyevdir. Qeyd olundu ki, həmin gün Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda o zaman hökm sürən dərin ictimai-siyasi böhrana son qoyulub, Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsi aradan qaldırılıb və respublikamızda dövlət quruculuğunun, sosial-iqtisadi inkişafın təməli qoyulub. A.Vəliyev vurğulayıb ki, Ümummilli liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində bugün ölkəmiz regionda söz sahibidir.

Sonra Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədov və müavin Rəna Vəliyeva çıxış edərək Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın inkişafı naminə aparılan çoxşaxəli işlər və islahatlardan söz açıblar.