Sabunçuda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbirlər keçirildi - Foto

sabuncuda-20-yanvar-faciesinin-ildonumu-ile-elaqedar-tedbirler-kecirildi
Oxunma sayı: 1325

Bu gün 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı və qurumun əməkdaşları, eləcə də rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin digər üzvlərinin iştirakı ilə ilk öncə Bakıxanov qəsəbəsindəki “Şəhidlər xiyabanı” ziyarət edilib.

“Qafqazinfo” xəbər verir ki, ölkəmizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Daha sonra, Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında toplantı keçirildi.

İlk olaraq tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdən sonra, 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyəti kollektivi Şəhidlər Xiyabanını ziyarət edib.

Qeyd edək ki, Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən 20 Yanvar faciəsi zamanı şəhid və əlil olanların ailələri humanitar yardımla təmin edilib.