“Qafqazinfo” xəbər verir ki, rayon icra hakimiyyətindən AzərTAc-a bildiriblər ki, xüsusi layihə əsasında Böyük–Şor gölünün bir hissəsi qurudulur, digər hissəsinin suyu isə təmizlənir. Belə ki, burada müasir tələblərə cavab verən istirahət mərkəzi və yaşıllıq sahəsinin yaradılması üzrə müvafiq tədbirlər həyata keçirilir.
Bununla yanaşı, ümumi sahəsi 18 min kvadratmetrə bərabər olan Balaxanı parkında əsaslı təmir və yenidənqurma işləri başa çatdırılmaq üzrədir.
Son xəbərlər
Son Xəbərlər